Onlayn ictimai-siyasi qəzet
Hindistanın Baş Naziri Narendra Modi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Musavat.com xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Rusiya və Hindistan arasında iqtisadi, maliyyə və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşün yekunu ilə bağlı açıqlama verən Modi, Ukraynadakı müharibənin tezliklə başa çatdırılmasının vacibliyini vurğulayıb. O həmçinin Putinin liderliyi altında bu münaqişənin ədalətli və davamlı şəkildə həll olunmasını arzuladığını bildirib. Hindistan mediası – "India Today" – xəbər verir ki, Modi görüşü “çox yaxşı” kimi qiymətləndirib və Rusiya ilə əlaqələrin gücləndirilməsinə dair əhəmiyyətli mesajlar verib.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ