İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Çin arasında narkotik böhranı - qarşılıqlı ittihamlar

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın fentanil vəziyyəti ilə əlaqədar Çin mallarına əlavə rüsumlar tətbiq etmək qərarını şərh edəərk, problemin ticarət tarifləri ilə deyil, Birləşmiş Ştatların özündə həll edilməli olduğunu bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Pekin Çinə qarşı ittihamları əsassız hesab edir.

Xarici siyassət idarəsinin sözçüsü Lin Jian bildirib ki, ABŞ-dəki narkotik böhranına görə məsuliyyət Amerika hakimiyyətinin öz üzərinə düşür. O vurğulayıb ki, Çin artıq fentanil istehsal etmək üçün istifadə oluna bilən maddələrin ixracını məhdudlaşdırır və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.

Buna baxmayaraq, Vaşinqton Pekini hərəkətsizlikdə ittiham edərək, bir sıra Çin mallarına 20 faizlik gömrük rüsumu tətbiq etmək qərarına gəlib. Daha əvvəl İsveçrədəki danışıqlarda tərəflər bəzi ticarət maneələrini azaltmaq barədə razılığa gəliblər, lakin ABŞ fentanil üzrə rüsumları qoruyub saxlayır.

Bu yanaşmanı ədalətsiz hesab edən Çin rəsmiləri bildiriblər ki, ticarət əlaqələri iqtisadiyyata aid olmayan məsələlərdə təzyiq vasitəsi kimi istifadə edilməməlidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR