Onlayn ictimai-siyasi qəzet
Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı Türkiyədə əməliyyat olunub.
Musavat.com xəbər verir ki, əməliyyat Ankarada professor, uroloq Lütfi Tunç tərəfindən həyata keçirilib:
"İyunun 25- də Ankara Acıbadəm xəstəxanasında Lütfi bəy məni öz kəşfi olan “Omeqa Tunç texnikası” ilə və mənə izlətdirərək əməliyyat etdi. İki gün sonra iyinun 27- də xəstəxanadan çıxdım. Ankarada və xəstəxanada olduğum müddətdə davamlı olaraq Lütfi bəyin, onun həkim dostlarının və komandasının təmənnasız diqqət və qayğısını hiss etdim", - deyə S.Rüstəmxanlı bildirib.
Şahanə Rəhimli
Musavat.com
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ