İnsanlara hürriyət, millətlərə istiqlal!

IV Bakı Piano Festivalı başa çatdı - Fotolar

İyunun 14-dən başlayan IV Bakı Piano Festivalı iyunun 28-də keçirilən konsertlə başa çatıb.

Musavat.com bildirir ki, gecənim qonaqları Braziliyadan gələn məşhur Liz Rosa Quartet qrupunun ifasında caz və Latın ritmlərini dinləyiblər.

Festivalın bağlanış gecəsi festivalın direktoru, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin çıxışı ilə başlayıb. O, festival boyunca dəstək göstərən bütün sponsor və tərəfdaşlara təşəkkürünü bildirdi, tamaşaçıları salamlayaraq musiqinin birləşdirici gücünü xüsusi vurğulayıb.

Gecənin səhnəsində vokalda Liz Rosa, pianoda Rikardo Fiuza, bas gitara ifaçısı Berval Moraes və zərb alətlərində Ayzek Camba çıxış ediblər. Onlara festivalın ev sahibi Şahin Növrəsli və tanınmış hollandiyalı pianoçu Mayk del Ferro da qoşulub. Konsert boyu səslənən improvizələr, Latın Amerikası və dünya cazının ən gözəl nümunələri tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Liz Rosa və qrup üzvləri Bakının musiqisevər auditoriyasını “səmimi və enerjili” adlandıraraq, bu isti qarşılanmaya görə təşəkkür ediblər.

Qeyd edək ki, iki həftə davam edən festival günlərində müxtəlif janrlarda musiqi konsertləri, incəsənət sərgiləri, ədəbi müsabiqələr və cem-sessiyalar təşkil olunub. Tədbirin xüsusi fəxri isə gənc ifaçıların təqdimatında baş tutan “We Are the Future” konsertlər oldu.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR