İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Çin BMT-də Ukraynaya görə toqquşub

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ukrayna münaqişəsi ilə bağlı keçirilən iclasında ABŞ və Çin arasında şifahi mübahisə yaranıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vaşinqton Pekini Rusiyaya kömək etməkdə ittiham edib, Çin isə ittihamları rədd edib.

ABŞ-ın BMT-dəki səfiri vəzifəsini icra edən Doroti Şi bildirib ki, Çin Rusiyanın təcavüzünə şərait yaradır. Onun sözlərinə görə, Pekinin ciddi ixrac nəzarəti ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiyanın pilotsuz təyyarələri və silahlarında Çin komponentlərinə rast gəlinir.

Buna cavab olaraq Çinin nümayəndəsi Qenq Şuanq bildirib ki, Pekin münaqişənin tərəfi deyil və heç vaxt heç bir tərəfə öldürücü silahlar təqdim etməyib.

“Biz ABŞ-ı Ukrayna məsələsində günahı başqasına yükləməyi və ya qarşıdurma yaratmağı dayandırmağa çağırırıq. Bunun əvəzinə Vaşinqton atəşkəs və sülh danışıqlarının asanlaşdırılmasında daha konstruktiv rol oynaya bilər”,- deyə o bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR