İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ vitse-prezidenti: “İran artıq nüvə silahı hazırlaya bilməyəcək”

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranın texniki baxımdan nüvə silahı hazırlamaq imkanını itirdiyini bəyan edib. Onun sözlərinə görə, bu nəticə ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra əldə olunub.

Fox News telekanalına müsahibəsində Vens bildirib:

“Biz əminik ki, onlar artıq nüvə silahı hazırlaya bilməyəcəklər. Biz onların uranı zənginləşdirmək imkanını sıradan çıxardıq. Onlarda 60%-ə qədər zənginləşdirilmiş uran var, lakin bu səviyyəni 90%-ə çatdırmaq imkanları yoxdur. Həmçinin, mövcud uranı nüvə silahına çevirmək üçün texnoloji imkanları da qalmayıb. Bu, bizim missiyamızın uğurudur – onların nüvə proqramının məhv edilməsidir”.

Xatırladaq ki, son günlər ABŞ və İsrail tərəfindən İranın strateji obyektlərinə hava zərbələri endirilib. Vaşinqton və Təl-Əviv bu hücumların əsas hədəfinin İranın nüvə potensialını sıradan çıxarmaq olduğunu bildiriblər.

Qeyd edək ki, Tehran bu iddiaları rədd edir və nüvə proqramının dinc məqsədli olduğunu israrla vurğulayır.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR