İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sağlam radio”da açıqlandı - Dövlət qeydiyyatına hansı dərmanlar alınır?

Səhiyyə Nazirliyinin mütəxəssisi “Sağlam Radio”da orijinal dərmanlar və generiklərin qeydiyyatı barədə – vacib məlumatlar!

“Azərbaycanda patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə daxil edilmiş dərman vasitələri, yəni orijinal dərman vasitələri qeydiyyata alınır”.

Bu fikirləri Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı-ekspertiza şöbəsinin müdir müavini Azər Həsənov Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində səsləndirib.

Onun sözlərinə görə, generiklər - orijinal dərman vasitələrinə müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal edilmiş dərman vasitələrinin analoqları da dövlət qeydiyyatına alınır:

“Həmçinin, bu siyahıya dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyalarının, dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələrinin, eləcə də dərman maddələri daxildir. Bütün bu sadalananlar “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3.-cü maddəsi ilə tənzimlənir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR