İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev İrana mesaj göndərdi: ABŞ nüvə sazişi üzrə danışıqlara qayıtmağa hazırdır

ABŞ administrasiyası İran tərəfinə Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, Ağ Ev bu mesajı İran rəsmilərinə vasitəçi kanallar – əsasən də Qətər üzərindən ötürüb. Hazırda məqsəd həm bölgədəki gərginliyi azaltmaq, həm də İranın nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla həllinə imkan yaratmaqdır.

Ağ Evin bu yeni mesajı ABŞ-İran münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Müşahidəçilər yaxın günlərdə vasitəçilərin iştirakı ilə rəsmi təmasların başlaya biləcəyini istisna etmirlər.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR