İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev: İranın vurduğu ABŞ bazası əvvəlcədən boşaldılmışdı

ABŞ administrasiyası İranın raket zərbələri endirdiyi Əl-Udeyd hərbi bazası ilə bağlı ilk açıqlamasını yayıb.

Musavat.com xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, bazadakı hərbi personal və avadanlıqlar hücumdan təxminən bir həftə əvvəl təxliyə edilib.

Rəsmi Vaşinqton bildirir ki, İrana qarşı mümkün cavab ssenariləri nəzərə alınaraq, bazadakı bütün hərbi infrastruktur əvvəlcədən təhlükəsiz ərazilərə köçürülüb. Beləliklə, İranın zərbəsi artıq boş olan bir obyektə yönəlib və heç bir insan itkisi və texniki zərər qeydə alınmayıb.

Bu açıqlama Tehranın əməliyyatının real hərbi nəticələrini sual altına qoyur və Vaşinqtonun hücumdan xəbərdar olduğu ehtimalını gücləndirir. Lakin İran tərəfi hələlik bu iddialara münasibət bildirməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR