Onlayn ictimai-siyasi qəzet
"ABŞ-ın məşhur milyarderi İlon Mask ilə ölkənin maliyyə naziri Skott Bessent arasında fiziki qarşıdurma baş verməyib".
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına açıqlamasında bildirib.
Livitt “The Washington Post” nəşrinin yaydığı və Trampın keçmiş siyasi müşaviri Stiven Bennonun iddialarına əsaslanan məlumatları şərh edərkən, hadisəni “dava” adlandırmağın doğru olmayacağını deyib: “Orada deyildim, öz gözlərimlə görmədim, başqalarından eşitmişəm”.
Qeyd edək ki, adıçəkilən nəşrin məlumatına görə, guya Mask Bessentə çiyini ilə dəyib və buna cavab olaraq nazir milyarderi yumruqla vurub. Ağ Ev rəsmisi bu insidentlə bağlı müəyyən fikir ayrılıqlarının olduğunu təsdiqləsə də, fiziki qarşıdurma baş verdiyi fikrini rədd edib.
Musavat.com
09 Iyun 2025
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ