Onlayn ictimai-siyasi qəzet
Donald Tramp administrasiyası tələbə vizası almaq üçün müraciət edənlərlə müsahibələrini dayandırıb.
Musavat.com xəbər verir ki, məlumatı Politico qəzeti mənbələrə istinadən yayıb. Bildirilir ki, bu, müraciət edənlərin sosial şəbəkə hesablarının məcburi yoxlanışının tətbiqi imkanlarının nəzərdən keçirilməsi ilə bağlıdır.
Qəzet yazır ki, Tramp administrasiyası ABŞ-da təhsil almaq üçün müraciət edən bütün beynəlxalq tələbələrdən sosial media yoxlanışından keçməsini tələb etməyi düşünür. Bu gün Dövlət katibi Marko Rubio tərəfindən imzalanan teleqrama əsasən, belə məcburi yoxlamaya hazırlıq olaraq administrasiya ABŞ səfirliklərinə və konsulluqlarına tələbə vizası üçün müraciət edənlər üçün yeni müsahibələrin planlaşdırılmasını dayandırmağa göstəriş verir.
Qəzet vurğulayır ki, belə bir yoxlamanın potensial tətbiqi tələbə vizalarının verilməsi prosesini ciddi şəkildə ləngidə, xarici tələbələrə çox güvənən bir çox universitetlərə də zərər verə bilər.
Tramp administrasiyası daha əvvəl Harvard Universitetinin beynəlxalq tələbələri qəbul etmək icazəsini dayandırmağa cəhd edib. Səlahiyyətlilər deyirlər ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı çıxan fələstinli fəallar ucbatından Harvard yəhudi tələbələrin tam təhlükəsizliyini təmin edə bilmir. Buna cavab olaraq universitet Boston federal məhkəməsində iddia qaldırıb.
Federal hakim məktəbin xaricdən tələbə qəbulunu qadağan edən qərarı əngəlləyib. Müvəqqəti qadağa hökumətin əcnəbilərin ABŞ-da təhsil alması üçün universiteti attestasiyadan məhrum etməsinə mane olur.
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ