İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdərədə MİNA PARTLADI - Xəsarət alan var

Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.

Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən götürülüb.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib. T.

Hüseynovun sol ayağının pəncəsi və ayağın ağaşı hissəsinin çox saylı qəlpə yaraları alıb. Yaralının Bərdə mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.

***

Ağdərə rayonunda mina hadisəsi baş verib.

Hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.

Belə ki, Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xətti hesab olunan ərazilərdə mal - qara oturarkən mina partlayışı nəticəsində xəsarət alıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR