İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ: Serbiya geostrateji seçim qarşısındadır


Avropa İttifaqı Serbiyaya son ultimatimunu verir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir açıqlama Serbiya Prezidenti Aleksandr Vuçiçin Aİ-nin xəbərdarlıqlarını nəzərə almadan Moskvada keçirilən Qələbə paradında iştirak etməsindən bir neçə həftə sonra gəlib.

“Serbiya geostrateji seçim qarşısındadır,” – deyə Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Kaya Kallas Belqraddakı səfəri zamanı bildirib. “Serbiyanın Avropa gələcəyi onun müdafiə edəcəyi dəyərlərdən asılı olacaq".

Vuçiçin 9 May tarixində Moskvada keçirilən parada qatılması Brüsseldə geniş tənqid olunub. Aİ rəsmiləri belə addımların Serbiyanın Aİ-yə üzvlük yolunu ciddi şəkildə zədələdiyini qeyd ediblər.

Kaya Kallas bildirib ki, məsələ ilə bağlı Prezident Vuçiçlə görüşündə bu səfəri müzakirə edib:

“Bu barədə fikrimi çox açıq şəkildə bildirdim".

“O insanla – yəni Ukraynada bu dəhşətli müharibəni aparan biri ilə yan-yana dayanmağın nəyə lazım olduğunu həqiqətən anlamıram,” – deyə Kallas əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR