Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) öz maraqlarını qorumaq üçün ABŞ-la sərt danışıqlara hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyan edib. O, Aİ-nin transatlantik tərəfdaşlığın vacibliyini anlayaraq, ancaq eyni zamanda öz maraqlarını qətiyyətlə qoruyacağını bildirib.
"Hər iki tərəf üçün çox şey risk altındadır. Burada və ABŞ-da iş yerləri, sənaye sahələri transatlantik əməkdaşlıqdan asılıdır. Lazım gəldikdə çətin danışıqlara hazır olacağıq və açıq şəkildə bildirəcəyik ki, öz maraqlarımızı həmişə qoruyacağıq", – deyə von der Lyayen vurğulayıb.
Onun sözlərinə görə, Brüssel dünya siyasətindəki yeni reallıqları qəbul etməlidir. O qeyd edib ki, "hiperqlobalizasiya" dövrü artıq geridə qalıb və Aİ buna uyğun strategiya formalaşdırmalıdır.
Bundan əvvəl Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov, von der Lyayenin Vaşinqtona qarşı sərt mövqeyini şərh edərək, onun qərarlılığının qeyri-ciddi olduğunu bildirib: "Trampla qarşıdurmaya girmək Aİ liderlərini idarə etmək qədər asan olmayacaq", – deyə o əlavə edib.
Mənbə: https://news.rambler.ru/world/54154072-v-es-zayavili-o-gotovnosti-k-zhestkim-peregovoram-s-ssha/
Musavat.com
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ