İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktauda Xəzər dənizində ən böyük konteyner qovşağı açılıb

Qazaxıstanın Aktau şəhərində Xəzər dənizində ən böyük konteyner qovşağı vaxtından əvvəl istifadəyə verilib.

“Report”un yerli bürosunun “Qazaxıstan Dəmir Yolları”na istinadən verdiyi xəbərə görə, qovşaq Lianyunqanq (ÇXR) limanı və “NC Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” ASC ilə tərəfdaşlıq əsasında “Qazaxıstan Temir Yol” SC-nin (onun törəmə şirkəti “KTZ Ekspress” ASC vasitəsilə) təşəbbüsü ilə tikilib.

Yeni qovşaq tranzit imkanlarının artımını təmin edəcək və Qazaxıstanın “Şərq-Qərb”, eləcə də “Şimal-Cənub” və digər beynəlxalq marşrutlarda mühüm halqa kimi mövqeyini gücləndirəcək. Müasir logistika infrastrukturu, o cümlədən Qazaxıstanda analoqu olmayan qabaqcıl texnologiyalar konteyner yüklərinin emalını xeyli sürətləndirəcək.

Obyektin istifadəyə verilməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən 100 000-ci konteynerin gəlməsi ilə əlamətdar olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2025

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR