İnsanlara hürriyət, millətlərə istiqlal!

“Aktrisa həddini aşdı, yaxşıca döydüm” - Pərvin Abiyeva

Aktrisa Pərvin Abıyeva həmkarları ilə bağlı qalmaqallı açıqlama verib.

Musavat.com xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan aktrisa küsülü olduğu həmkarlarından danışıb.

Pərvin münasibəti olmayan aktyorlarla belə filmə çəkilməkdən boyun qaçırmadığını deyib:

"Sevmədiyim aktrisa ilə filmə çəkilirdik. O da məni sevmirdi. Mən onu səhnə adı ilə yaxşıca döymüşəm. Bunu çəkiliş meydançasındakılar da hiss etdi, bir az məsələ böyümüşdü. O həddini aşmışdı, mən də bu yolla payını vermişəm. O səhnədə döyülmə var idi, o məni vurmalı idi. Amma mən əksinə etdim. Buna baxmayaraq heç vaxt deməmişəm ki, hansısa aktyorla oynamıram. Bu professionallıq deyil".

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR