Onlayn ictimai-siyasi qəzet
Alimlər araşdırma apararaq müəyyən ediblər ki, alkoqollu içkilər və şirin qazlı içkilərin müntəzəm istifadəsi saç tökülməsini sürətləndirir.
Musavat.com xəbər verir ki, 60 min nəfərin məlumatlarının təhlili nəticəsində belə içkilərin orqanizmin saçın böyüməsi üçün vacib olan vitamin və mineralları mənimsəməsinə mane olduğu aşkarlanıb.
Mütəxəssislərin sözlərinə görə, bu cür içkiləri çox istifadə edən insanlar eyni zamanda sağlam qidalardan daha az yararlanırlar. Bu isə saç follikullarının zəifləməsinə və tökülmə riskinin daha da artmasına səbəb olur.
Həkimlər bildirirlər ki, balanslı qidalanma, protein, vitamin və mineral baxımından zəngin məhsulların qəbulu saç sağlamlığını qorumaqda əsas şərtlərdəndir.
Musavat.com
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ