İnsanlara hürriyət, millətlərə istiqlal!

Alla Puqaçova xaricdə həyatını yaşayır – vətənində ona yazığı gələnlər peyda olub

“Miraj” qrupunun keçmiş solisti Marqarita Suxankina Rusiyanı tərk edən müğənni Alla Puqaçovaya yazığı gəldiyini deyib.

Musavat.com NEWS.ru-ya istinadla xəbər verir ki, Suxankina rus estradasının primadonnasının halına görə təəssüfləndiyini bildirib.

"Yad ölkəyə getmək və sərgərdan olmaq – Allah göstərməsin. Niyə belə oldu, mən hələ də başa düşə bilmirəm", - Suxankina deyib.

Sənətçi qeyd edib ki, Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” (Rusiyada buna “müharibə” qorxurlar) başlayandan sonra kimsə onlara pul təklif etdiyi üçün bir çox həmkarı Rusiyanı tərk edib. “Məndə aydın hiss var ki, onların əksəriyyəti axmaqcasına satılıb və onlara nəsə vəd edilib. Onlar da öz növbəsində Rusiyanın üzərinə çirkab atmağa başlayıblar”, - “Miraca”nın keçmiş solisti vurğulayıb.

Ukrayna müharibəsi başlayandan bəri A.Puqaçova ailəsi ilə birlikdə xarici ölkələrdə yaşayır və həyatından şikayətçi deyil. Ancaq Rusiya mediasında vaxtaşırı olaraq onun halına acıyanlar dəstəsinin açıqlamaları dərc olunur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR