İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəlsəfə doktoru boldur, elm isə yoxdur - Tanınmış hüquqşünas  

Azərbaycanda təhsil, elm və iqtisadiyyat sahəsindəki mövcud vəziyyət cəmiyyətdə ciddi narahatlıq doğurur.

Hüquqşünas Əkrəm Həsənov Musavat.com-a açıqlamasında deyir ki, ölkədə hər il yüzlərlə fəlsəfə doktoru və elmlər doktoru müdafiə olunmasına baxmayaraq, real elmi fəaliyyət yoxdur. Təhsil sistemi isə diplom paylamağa yönəlib. Bu səbəbdən bir çox diplomlu şəxslər öz ixtisaslarını belə yaxşı bilmirlər. İqtisadiyyatın neft-qaz sektoruna həddindən artıq bağlılığı, mülkiyyətin müdafiəsinin zəif olması və sağlam rəqabətin olmaması iş yerlərinin məhdudlaşmasına gətirib çıxarıb. Azərbaycanda təhsil və elm yoxdur, guya diplom alma var, amma açar təhsil və real elmi fəaliyyət yoxdur. Nəticədə diplomlu şəxslərin çoxu öz ixtisasını bilmir. Digər tərəfdən, iqtisadiyyat da mütəxəssislərə ehtiyac yaratmır, çünki Azərbaycan iqtisadiyyatı primitivdir və neft-qaz sektoruna bağlıdır. İstehsal sahələri çox azdır, xidmət sahələrində isə yalnız məhdud mütəxəssis ehtiyacı var”. 

Hüquqşünas vurğulayıb ki, kənd təsərrüfatı və digər sahələrdə real inkişaf üçün hüquqi zəmin, mülkiyyətin müdafiəsi, sağlam rəqabət və məhkəmə müdafiəsi mövcud deyil: “Kənd təsərrüfatına real investisiya qoyulmur. Əgər burada inkişaf olsaydı, mütəxəssislərə böyük ehtiyac yaranardı. Müasir aqrar biliklər və elmi əsaslar çox zəifdir. Tikinti sahəsində də vəziyyət oxşardır- çox tikinti işləri aparılır, amma normal mütəxəssis çatışmır. Rüşvət, qanunsuzluq və korrupsiyadan asılı olmayan peşəkar işçi gücü hələ formalaşmayıb. Gənclər isə mövcud işlərdə işləmək istəmir, özlərini inkişaf etmiş ölkələrin vətəndaşları kimi hiss edirlər və daha yüksək maaş tələb edirlər. Amma hər bir işçinin gördüyü iş ona təklif olunan maaşa uyğun olmalıdır”. 

 

Sultan Məmmədli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR