İnsanlara hürriyət, millətlərə istiqlal!

Loren Vinateyə qarşı Rusiyada yeni ittiham: casusluq  

Rusiyada həbsdə olan fransız politoloq Loren Vinateyə qarşı casusluq ittihamı ilə yeni cinayət işi başlanıb.

Musavat.com xəbər verir ki, bu barədə “Mediazona” portlı məlumat yayıb.

İşə Moskvanın Lefortovo rayon məhkəməsində baxılacaq, ilk iclas 25 avqusta təyin olunub.

Vinate Rusiyada 2024-cü ilin iyununda saxlanılıb. Ona “xarici agent” kimi qeydiyyatdan yayınmaq və Rusiyanın hərbi fəaliyyəti ilə bağlı məlumat toplamaq ittihamı irəli sürülüb (Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci bəndi). Həmin ilin oktyabrında o, 3 il ümumi rejimli koloniyada azadlıqdan məhrum edilməklə cəzalandırılmışdı.

İstintaqın versiyasına görə, Vinate 2021-ci ilin aprelində və 2022-ci ilin avqustunda üç nəfər rusiyalı ilə görüşərək, mobilizasiya, qoşunların döyüş hazırlığı və siyasi vəziyyət barədə məlumatlar toplamışdı. İddialara görə, o, həmçinin Rusiya qoşunlarının Ukrayna sərhədlərində yerləşdirilməsi və mobilizasiya prosesləri ilə bağlı suallar verib.

Məhkəmə yeni iş üzrə yaxın günlərdə baxışa başlayacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR