İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton statistika qalmaqalında: Ağ Ev və şəhər hakimiyyəti qarşı-qarşıya

ABŞ Ədliyyə Nazirliyi paytaxtda cinayətkarlıqla bağlı statistik məlumatların bilərəkdən təhrif olunması ehtimalına görə araşdırmaya başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, araşdırma ABŞ prezidenti Donald Trampın administrasiyası ilə şəhər hakimiyyəti arasındakı qarşıdurmanın daha da dərinləşdirib.

NBC News-un məlumatına görə, şəhər polisinin rəisi Maykl Pulliam 2025-ci ilin mayında məzuniyyətə göndərilib və onun barəsində Vaşinqtondakı cinayət statistikasını saxtalaşdırmaq ittihamı ilə araşdırma başlanıb.

Qəzetin üç mənbəsinin bildirdiyinə görə, federal hakimiyyətin araşdırması təkcə şəhər polis rəisinin deyil, həm də digər yerli məmurların fəaliyyətini öyrənməyi nəzərdə tutur.

Bundan əvvəl şəhər meri Mürial Bouzer və digər yerli rəsmilər iddia etmişdilər ki, 2025-ci ilin əvvəlindən Vaşinqtonda zorakılıqla törədilən cinayətlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27% azalıb, qətllərin sayı isə 11% düşüb.

Qəzet qeyd edir ki, hazırda Vaşinqton polisinin təxminən 3,1 min əməkdaşı var. Hüquq-mühafizə orqanlarında isə hələ də bir neçə yüz açıq vakansiya qalmaqdadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR