İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinlə Ukraynanı MÜZAKİRƏ ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, liderlər Ukraynadakı son vəziyyəti, Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.  

Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun keçirilməsinin vacibliyini vurğulayıb. O, tərəflər üçün uyğun tarixlər müəyyən edildikdən sonra Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bildirib.

Telefon danışığı zamanı Suriyadakı son proseslər barədə də fikir mübadiləsi aparılıb. Ərdoğan Suriyada sabitlik və təhlükəsizliyin təmin olunmasının əsas hədəf olduğunu diqqətə çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR