Onlayn ictimai-siyasi qəzet
Müğənni Rəqsanə İsmayılova anasının və bacısının illər öncə insan alveri ittihamı ilə həbs olunması barədə şok açıqlama verib.
Müğənni "tiktok" hesabında açdığı canlı yayımda bildirib ki, bu hadisədə bir kişi xalq artistinin əli olub.
"Bu oyun bir kişi xalq artistinin əli ilə mənim başıma açıldı.Bu gün onunla salamlaşıram,danışıram.Amma onu heç vaxt bağışlamayacam.Ürəyimdə ona o qədər bəd-dua etmişəm ki...Bu hadisə ilə məni yerdən-yerə vurdular",-deyə müğənni bildirib.
Rəqsanə İsmayılova hadisənin digər detallarını da açıqlayıb.
"Həmin vaxt Rusiyanın Piter vilayətində konsert təşkil olunmuşdu.Orada Tünzalə Ağayeva,Zülfiyyə Xanbabayeva,mən və bir kişi müğənni iştirak etməli idi. Zülfiyyə xanım hamilə olduğu üçün konsertə gedə bilmədi.Röya da xəstə olduğu üçün getmədi.Həmin konsertdə mən böyük komanda ilə çıxış etdim.40 min avro pul verdilər mənə.Bunu gördükdən sonra məni müğənnilər həzm edə bilmədilər.Bu konsertdən sonra ailmin başına bu oyunlar gəldi...Qızım hadisədən sonra utandığından məktəbə gedə bilmirdi. Mənim anamı hamı tanıyır. Onun necə zəhmətkeş qadın olduğunu bilirlər...",-deyə müğənni bildirib./Oxu24.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ