Onlayn ictimai-siyasi qəzet
Ukraynanın xarici işlər naziri Türkiyədə ABŞ dövlət katibi və senatorlarla bir araya gəlib
Musavat.com xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Türkiyədə ABŞ-ın dövlət katibi və senatorları ilə mühüm görüşlər keçirib. Danışıqlarda ABŞ Senatının nüfuzlu üzvləri – senator Marko Rubio və senator Lindsi Qrem iştirak ediblər.
Görüş zamanı tərəflər Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövcud vəziyyəti, gələcək diplomatik addımların məntiqi əsaslarını və sülh istiqamətində atılacaq potensial addımları müzakirə ediblər.
Sibiqa jurnalistlərə verdiyi açıqlamada bildirib: “Biz gələcək addımların məntiqini müzakirə etdik və yanaşmalarımızı paylaşdıq. Mən Ukraynanın ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinə sadiqliyini bir daha təsdiqlədim və Birləşmiş Ştatlara bu prosesdəki fəal iştirakına görə təşəkkür etdim. Ukrayna tərəfi əməkdaşlığın qarşılıqlı fayda və konstruktivlik əsasında inkişaf etdirilməsinə tam hazırdır”.
Nazir bildirib ki, Ukrayna öz üzərinə düşən konstruktiv öhdəlikləri yerinə yetirir, lakin Rusiya hələlik bu konstruktivliyə qarşılıq verməyib: “Moskva anlamalıdır ki, sülhdən imtinanın siyasi və geosiyasi qiyməti var”.
Musavat.com görüşdən Anadolu Agentliyinin yaydığı fotoları təqdim edir.
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ