İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada ABŞ vasitəçiliyi ilə gizli görüş: Türkiyə ilə SDQ arasında danışıqlar – Salih Müslim də heyətdədir

“Suriye Haberleri” adlı sosial media platformasında yayılan sensasion məlumata əsasən, hazırda Ankara şəhərində ABŞ-ın vasitəçiliyi ilə Türkiyə hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında danışıqlar aparılır.

Musavat.com xəbər verir ki, məlumata görə, bu məxfi müzakirələrdə PYD-nin siyasi qanadının tanınmış simalarından biri, Suriya kürdlərinin fəal lideri Salih Müslim də iştirak edir.

Danışıqların məzmunu barədə ictimaiyyətə rəsmi açıqlama verilməyib. Lakin ekspertlər bildirir ki, bu cür təmaslar ABŞ-ın bölgədəki strateji maraqlarına uyğun olaraq Türkiyə ilə SDQ arasında müəyyən razılaşmalar əldə olunması məqsədini daşıyır. Xüsusilə Suriyanın şimalında vəziyyətin stabilləşdirilməsi, sərhəd təhlükəsizliyi və PKK bağlantılı qüvvələrin gələcək statusu kimi məsələlərin danışıqların gündəmində olduğu ehtimal edilir.

Qeyd edək ki, Türkiyə SDQ-ni PKK-nın qolu olaraq tanıyır və bu təşkilatı terrorçu elan edib. Buna baxmayaraq, ABŞ uzun illərdir SDQ-ni İŞİD-lə mübarizədə əsas müttəfiqlərindən biri kimi dəstəkləyir. Bu səbəbdən Vaşinqtonun vasitəçiliyi ilə Ankara ilə SDQ arasında bir masa ətrafında görüş baş tutması beynəlxalq diplomatik çevrələrdə böyük rezonansa səbəb olub.

Mövzu ilə bağlı rəsmi dairələrdən hələlik açıqlama verilməyib. Lakin prosesin davam etdiyi və əlavə məlumatların yaxın günlərdə ictimaiyyətlə bölüşüləcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR