İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankaradan 2 ölkəyə SƏRT XƏBƏRDARLIQ: Müharibə BAŞLANA BİLƏR! – CANLIda

PKK-nın özünüləğv qərarından sonra gözlər terror təşkilatının tərk-silah prosesinə çevrilib. Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) prosesi hər an izləyəcək. Ankaranın planı da hazırdır. Dörd ay ərzində nəticənin əldə edilə biləcəyi də bildirilir.

Axar.az xəbər verir ki, bu barədə NTV mənbələrə istinadən məlumat yayıb.

Mənbələr “Terrorsuz Türkiyə” hədəfinə zərər verəcək addımların atılmaması ilə bağlı İsrail və İrana xəbərdarlıq edildiyini də vurğulayıblar: “Bölgədə kürdləri proksi qüvvə halına gətirməyə çalışırlar. Ankaranın da bu məsələdə mövqeyi bəllidir. Qarşı tərəflərə (İsrail və İran – red.) çatdırılıb ki, kürdlər proksi qüvvə kimi sərhədimizə gətirilərsə, bu, müharibə aktı kimi qiymətləndiriləcək”.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR