İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atamın xatirə gecəsinə gəlmədilər"

"Qəribədir ki, Ramiz Novruzun sağlığında münasibəti soyuq olan adam indi ölüsü ilə ədavətdədir. Onun oğlu ilə mübarizə aparır".

Bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz "Xəbərin var?" verilişində deyib.

O, atasının xatirə gecəsinə gəlməyən aktrisalardan danışıb:

"Orada böyük məhəbbətlə Firəngiz Mütəllimova, Bəsti Cəfərovanı gözlədim. Sağlığında atamla yaxın sənət dostu olub. Məni çox məyus etdi. Gözüm yolda qaldı. Onlara ssenaridə yer də vermişdim. Onlar atamın son nəfəsinə qədər səhnədə çiyin-çiyinə çalışıblar. Ən azından deyərdilər ki, problem var. Onsuz da inanmayacaqdım. Çünki son günə qədər zəng vurdum ki, gözləyəcəyəm və söz verdilər".  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR