Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələrinin orduları NATO tərəfindən irəli sürülən tələblərin cəmi 50 faizinə cavab verir.
Musavat.com xəbər verir ki, bu barədə Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus “Euractiv” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa orduları NATO-nun məqsədlərinə uyğun olaraq malik olmalı olduqları imkanların cəmi 50 faizinə sahibdirlər.
Məlumata görə, Avropa Komissiyası hərbi xərclərin artırılmasına dair planlar hazırlayır və Aİ ölkələrini SAFE planı çərçivəsində təqdim olunan 150 milyard avroluq kredit xəttindən istifadə edərək silah alışı üçün borclanmağa təşviq edir.
Avrokomissar bildirib ki, bu payızdan etibarən Avropa Komissiyası Avropa Müdafiə İttifaqı layihəsinin həyata keçirilməsinə başlamağı planlaşdırır. Bu ittifaqa Böyük Britaniya, Norveç və Ukraynanın da qoşulması nəzərdə tutulur.
Kubilyus əlavə edib ki, layihənin işə düşməsindən sonra iştirakçı ölkələrin liderlərini 2030-cu ilə qədər döyüş hazırlığını artırmaq üçün atmalı olduqları addımlar barədə məlumatlandıracaq.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ