Onlayn ictimai-siyasi qəzet
İstanbulun Esenyurt bölgəsində keçirilən genişmiqyaslı narkotik əməliyyatı zamanı maraqlı və gərgin anlar yaşanıb.
Musavat.com xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı şübhəlilərin yaxınları – xüsusilə qadınlar əməliyyata müdaxilə etməyə çalışaraq asayişi pozublar.
Əməliyyatın əsas hədəfi narkotik vasitələrin satışına qarşı mübarizə olsa da, qadınların yaratdığı iğtişaş diqqət çəkib. Şübhəlilərin yaxınları olan bir qrup qadın əməliyyata müdaxilə edərək, polis əməkdaşlarına söyüş söyüb, səs-küy salıblar. Bəzi qadınlar bu səbəbdən saxlanılıb.
Polis əməkdaşlarının peşəkar müdaxiləsi nəticəsində əməliyyat davam etdirilib və şübhəlilər nəzarətə götürülüb. Onlar qandallanaraq ifadələri alınmaq üçün polis bölməsinə aparılıblar.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Polis Esenyurtda narkotiklə mübarizə çərçivəsində əməliyyatların davam etdiriləcəyini bildirib.
Turan Oruc
Musavat.com
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ