Onlayn ictimai-siyasi qəzet
Yüksək səviyyəli ABŞ və Rusiya rəsmiləri bu həftə Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparıblar. Musavat.com xəbər verir ki, bu sensasion açıqlama ilə ABŞ dövlət katibi Marko Rubio Fox News-da çıxış edib.
Onun sözlərinə görə, tərəflər anlaşma əldə edə bilməyiblər: “Bu həftənin əvvəlində, bazar ertəsi və ya çərşənbə axşamı, biz Putinlə deyil, bəzi yüksək rütbəli Rusiya rəsmiləri ilə sülhə gətirib çıxaracaq növbəti addımlar barədə müəyyən anlaşmaya ümid edərək onlarla tam söhbət etdik”.
O qeyd edib ki, söhbət nəticəsində heç bir irəliləyiş görməyib.
Dövlət katibinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampı ən çox narahat edən tərəqqinin olmamasıdır. O, vurğulayıb ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli üçün müxtəlif yolların araşdırılmasının əleyhinə deyil: "Biz bunu həll etmək üçün müxtəlif yollara açığıq, lakin ən yaxşı yol döyüşləri dayandırmaq və danışıqlara keçməkdir".
ABŞ prezidenti Donald Tramp Rusiyaya təzyiq etmək istəsə, Rusiya neftinin alıcıları üçün ikinci dərəcəli sanksiyalar, eləcə də sektoral bank sanksiyaları tətbiq etmək imkanı var, ABŞ dövlət katibi izah edib. Eyni zamanda Rubio belə tədbirlərin görülməsinə ehtiyac olmayacağına ümid etdiyini bildirib.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ