Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal olunan bütün mallara əlavə 15 faiz gömrük rüsumunun tətbiqi barədə qərarı təsdiqləyib.
Musavat.com xəbər verir ki, müvafiq sərəncam dərc olunub və yeddi gün ərzində qüvvəyə minəcək. Bu barədə Ağ Evin saytında məlumat verilir.
Əlavə tariflər təkcə Türkiyəyə deyil, bir sıra digər ölkələrə də şamil olunacaq. Rəsmi sənədə əsasən, rüsum dərəcələri 10%-dən 41%-ə qədər dəyişir. Ən yüksək tariflər aşağıdakı ölkələrə tətbiq olunacaq:
- Suriya — 41%,
- İsveçrə — 39%,
- Cənubi Afrika — 30%,
- Hindistan — 25%,
- İsrail və Yaponiya — hərəyə 15%,
- Birləşmiş Krallıq — 10%.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ