Onlayn ictimai-siyasi qəzet
Fransada geniş istifadə olunan “Ludiomil” adlı antidepresan dərmanın tərkibində kanserojen maddələr aşkar edildiyi üçün istehsalı tamamilə dayandırılıb və satışdan geri çağırılıb. Məlumatı Fransa Ulusal Dərman Təhlükəsizliyi Agentliyi (ANSM) yayıb.
29 iyul 2025 tarixində verilən açıqlamada, dərmanın bəzi partiyalarında nitrozamin qrupuna daxil olan və potensial kanserojen hesab edilən maddələrin müəyyən edildiyi bildirilib. Bu maddə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Xərçəng Araşdırmaları Mərkəzi tərəfindən insanlar üçün “mümkün kanserojen” kimi tanınır.
ANSM, Ludiomil istifadə edən təxminən 5 min nəfərin – əksəriyyəti 60 yaşdan yuxarı – dərmanı dayandırmadan əvvəl həkimləri ilə məsləhətləşməsini tövsiyə edir. Alternativ olaraq, “Laroxyl” (amitriptilin) və ya “Norset” (mirtazapin) kimi dərmanlar təklif olunur.
Dərmanın istehsalı mart ayında müvəqqəti dayandırılmış, iyun ayındakı detallı analizlər isə normadan artıq nitrozamin maddəsinin olduğunu təsdiqləmişdi. Sınaqlara əsasən, bu maddəyə uzun müddət və yüksək dozada məruz qalmaq xərçəng riskini artırır.
Yeni partiyaların istehsalına 2026-cı ilin sonlarında başlanması planlaşdırılır. Türkiyədəki xəstələr üçün birbaşa risk olmasa da, mütəxəssislər hər ehtimala qarşı xəstələrin müalicələri ilə bağlı həkimləri ilə məsləhətləşməsini tövsiyə edir./News24.az
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ