İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə atışma zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb

Türkiyənin Adana vilayətində iki ailə arasında torpaq üstündə yaranan mübahisə silahlı toqquşmaya səbəb olub. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.

“Report” xəbər verir ki, hadisə Karataş rayonunda qeydə alınıb. Hadisə yerinə jandarm və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR