İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolu bağlayanlar “Salyan Aqro Park”ın işçiləri imiş- Maaş verilmir FOTO

İyulu 30-da bir qrup şəxs Saylayanda magistral yolu bağlayaraq etirazlarını bildirmişdilər.

Musavat.com həmin hadisənin təfərrüatını əldə edib.

Məlumata görə, yolu bağlayan şəxslər, Salyan Aqro Park Pambıq Emal Zavodunda çalışan qadınlar olub.

Onlar uzun müddətdir əmək haqlarını ala bilmədiklərinə etiraz ediblər. İşçilər iki aydır pambıq sahələrində çalışsalar da maaş ala bilməyiblər. Onlar dəfələrlə rəhbərliyə müraciət etsə də problemlərini həll edən olmayıb.

İşçilər də etiraz əlaməti olaraq yolu bağlayaraq rəsmi qurumların diqqətini bu problemə çəkməyə çalışıblar.

 

İ.Muradov
Musavat.com

8e9c554a-6415-4891-ac16-e7d86da99b4a.jpeg (61 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR