İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Medvedevin təhdidlərini ciddiyə aldı – ABŞ atom sualtı qayıqlarını Rusiya tərəfə göndərdi

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Amerika ilə Rusiya arasında mümkün müharibə ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşım edərək Medvedevin açıqlamalarını “axmaq və təxribatçı” adlandırıb və bu bəyanatların söz olaraq qalmayacağı ehtimalına qarşı tədbir gördüyünü bildirib:

"Mən bu axmaq və təxribat xarakterli açıqlamaların sadəcə söz olmaqla qalmayacağı ehtimalını nəzərə alaraq iki atom sualtı qayığının müvafiq bölgələrdə yerləşdirilməsini əmr etdim. Sözlərin böyük əhəmiyyəti var və bəzən gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm, bu dəfə belə olmayacaq," – deyə Tramp Truth sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Trampın bu addımı, sualtı qayıqların Rusiya ilə müharibə ehtimalı zamanı nüvə başlıqlı raketlərin buraxılmasına imkan verəcək zonalara göndərilməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, iyulun sonunda Dmitri Medvedev “X” platformasında Trampa müraciət edərək onun Rusiyaya verdiyi ultimatumu “müharibəyə aparan addım” adlandırmış və Baydenin yolunu təkrarlamamağa çağırmışdı.

Hələ iyun ayında isə Tramp Medvedevin İranla bağlı nüvə silahı açıqlamasına cavab olaraq ABŞ-ın atom sualtı qayıqlarını “dünyanın ən güclü və ölümcül silahı” adlandırmışdı. Medvedev isə cavabında bu silahların İrana ötürüləcəyini nəzərdə tutmadığını bildirmişdi.

 

Musavat.com

photo_2025-08-01_21-50-34.jpg (188 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR