İnsanlara hürriyət, millətlərə istiqlal!

Portuqaliya Prezidenti ümumi çimərlikdə belə görüntüləndi - VİDEO

Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa ölkənin cənub sahillərində ictimai çimərlikdə dincələrkən kameralara tuş gəlib.

Musavat.com xəbər verir ki, prezidentin istirahət anları təsadüfən lentə alınıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq diqqət çəkib.

Portuqaliyanın ən tanınmış siyasi simalarından biri olan Marselo Rebelo de Sousa sadə həyat tərzi və xalqla yaxın təması ilə tanınır. Onun ictimai çimərlikdə heç bir mühafizəçi və ya xüsusi protokol olmadan rahat şəkildə istirahət etməsi, bir daha xalqla necə səmimi münasibətdə olduğunu göstərib.

Sosial media istifadəçiləri prezidentin bu davranışını alqışlayaraq onun təvazökarlığını və insanlara yaxınlığını vurğulayıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR