İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən yeni qərar: Bu şəxslər pullu yollardan pulsuz istifadə edəcək

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin güc strukturlarına məxsus nəqliyyat vasitələrinin pullu avtomobil yollarından ödənişsiz istifadə etməsinə icazə verən qanunu imzalayıb.

Yeni qanuna əsasən, Rusiya Silahlı Qüvvələri, Milli Qvardiya, FSB, Daxili İşlər Nazirliyi (MVD), İstintaq Komitəsi (SK), dövlət mühafizə orqanları, Prezidentin Xüsusi Proqramlar üzrə Baş İdarəsi, Prokurorluq və Dövlət Kuryer Xidməti nəqliyyat vasitələri ölkədəki pullu avtomobil yolları və onların sahələrindən heç bir ödəniş etmədən istifadə edə biləcək.

Qanun artıq qüvvəyə minib və dövlət təhlükəsizliyi ilə bağlı strukturların hərəkətində operativliyi artırmaq məqsədi daşıdığı bildirilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR