Onlayn ictimai-siyasi qəzet
Amerikalı dünya ulduzu Justin Timberlake uzun fasilədən sonra İstanbulda möhtəşəm bir konsert verib.
Musavat.com xəbər verir ki, 11 ildən sonra İstanbul Texniki Universitetinin (İTÜ) stadionunda səhnəyə çıxan müğənni yüzlərlə pərəstişkarını və məşhurları bir araya gətirib.
Gecənin ən çox danışılan adlarından biri isə məşhur aktrisa Demet Özdemir olub.
Justin Timberlake konsertin açılışını sevilən "Mirrors" mahnısı ilə edib. Ardınca isə həm əvvəlki hitlərini, həm də yeni “Everything I Thought It Was” albomundan ifaları səsləndirib.
İfaçı konsertin sonunda səhnədən belə deyib:
"Bizi görməyə gəldiyiniz üçün çox sağ olun. Bir neçə gündür buradayıq və bu konsert tamamilə heyrətamiz idi. Bu qastrol səfəri mənim üçün inanılmaz oldu. Uşaq vaxtı belə bir şeyi xəyal edirdim. Bəzən bu iş çox da asan olmur, amma bu anlara dəyər".
Konsertdə iştirak edən məşhur aktrisa Demet Özdemir isə enerjisi və rəqsi ilə gecəyə damğa vurub. “Eşref Rüya” serialı ilə tanınan Demet Özdemir Timberlake-in ifaları zamanı bir an belə yerində oturmayıb. Onun rəqs anları sosial mediada trendə çevrilib, istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Justin Timberlake bundan əvvəl Bakıdakı konsertində də Azərbaycan tamaşaçılarını öz canlı performansı ilə valeh etmişdi. O, Bakıda da minlərlə pərəstişkar qarşısında çıxış edərək unudulmaz gecə yaşatmışdı.
Musavat.com
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ