İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı rəhbərliyi Si Cinpinlə BU TARİXDƏ görüşəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Kosta iyulun 24-də Çinə səfər edəcək.

Musavat.com xəbər verir ki,məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, səfər Çin və Avropa arasında əldə olunmuş razılaşmalara əsasən baş tutacaq.

Məlumata əsasən, səfər zamanı Çin sədri Si Cinpin Avropa Komissiyası və Avropa Şurasının rəhbərləri ilə görüşəcək. Bundan əlavə, Dövlət Şurasının Baş naziri Li Qianqın iştirakı ilə Çin-Avropa İttifaqının 25-ci sammiti keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR