İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiya aktivlərindən əldə olunan daha bir böyük məbləği Ukraynaya yönəldir

Avropa İttifaqı avqustun 8-də Rusiyanın dondurulmuş aktivlərindən 1,6 milyard avro faiz gəliri əldə edib.

Musavat.com xəbər verir ki, məlumatı Avropa Komissiyası yayıb. Bildirilir ki, Aİ bu vəsaiti Ukraynaya köçürməyi planlaşdırır.

Avropa Komissiyası bildirib ki, bu, 2024-cü ilin iyulunda birinci tranşdan və 2025-ci ilin aprelində ikinci tranşdan sonra Aİ-yə üçüncü vəsait transferidir: "Bu izafi gəlirlər Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq Aİ-nin sanksiyaları altında dondurulmuş aktivlərdən əldə edilir. Aktivlərin özləri dondurulmuş vəziyyətdə qalsa da, qalan pul qalıqları üzrə faizlər Ukraynanı dəstəkləmək üçün istifadə edilə bilər".

Qeyd olunur ki, ilk iki tranşın 90 faizi Avropa Sülh Proqramı (APF), 10 faizi isə Ukrayna Mexanizmi vasitəsilə Ukraynaya dəstək üçün istifadə olunub. Bu üçüncü tranşdan etibarən gəlirin 95 faizi Ukraynanın Kreditləşdirilməsi üzrə Əməkdaşlıq Mexanizmi (ULCM), 5 faizi isə APF vasitəsilə Ukraynaya dəstək üçün istifadə olunacaq: "Bu tədbir Aİ-nin Ukraynaya ehtiyacı olduğu müddətdə dəstək vermək üzrə davam edən öhdəliyinin bir hissəsidir".

Xatırladaq ki, iyunun 30-da Ukrayna ERA təşəbbüsü(Rusiya aktivləri hesabına açılan kredit xətti) çərçivəsində Kanadadan təqribən 1,7 milyard dollar (2,3 milyard Kanada dolları) alıb və bu vəsait dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərlə təmin edilib. Avqustun 8-də Avropa İttifaqı Şurası Ukraynaya 3 milyard avrodan çox maliyyə dəstəyi ayırmağa qərar verib. Aİ Şurası qeyd edib ki, bu maliyyə ilk növbədə Ukraynanın makromaliyyə sabitliyini gücləndirməyə və onun dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləməyə yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR