İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından Rusiyaya ŞOK ZƏRBƏ

İki aylıq müzakirələrdən, Slovakiyanın məqsədli əngəlini aşdıqdan sonra Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yaxın saatlarda paket Aİ Şurası tərəfindən yazılı prosedur vasitəsilə rəsmi şəkildə təsdiqlənməklə qüvvəyə minəcək.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın sözlərinə görə, yeni məhdudiyyətlər Rusiya neftinin qiymətinin tavanının azaldılmasını, həmçinin Rusiya “kölgə donanmasının” daha 105 gəmisini “qara siyahı”ya daxil etməyi nəzərdə tutur:

“Aİ indicə Rusiyaya qarşı bu günə qədər ən güclü sanksiya paketlərindən birini təsdiqlədi. Biz Kremlin hərbi büdcəsini azaltmağa davam edirik və daha 105 kölgə donanma gəmisini və onların tərəfdarlarını təqib edirik”.

Paket həmçinin Aİ-yə qaz tədarükünü bərpa etmək üçün marşrut olacağı iddia edilən “Şimal axını” boru kəmərini də əhatə edir.

Kallasın sözlərinə görə, Aİ-nin yeni məhdudiyyətləri sanksiyalardan yayınan Çin banklarını da hədəfə ala bilər:

“Biz Rusiya hərbi sənayesinə, sanksiyalardan yayınmağa imkan verən Çin banklarına təzyiqi artırırıq və dron texnologiyalarının ixracını əngəlləyirik”.

Sanksiyalar paketinə ilk dəfə olaraq bayraq reyestri və “Rosneft”in Hindistandakı ən böyük neft emalı zavodu daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR