Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.
Musavat.com xəbər verir ki, idman xadimi bu gün axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Cavanşir Qurbanov 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib.
1968-ci ildən idman sahəsindəçalışıb. 1995–2006-cı illərdə Güləş Federasiyasının I vitse-prezidenti olub. 2006-cı ildən 2017-ci ilə qədər Güləş Federasiyasının regionlar üzrə vitse-prezidenti kimi fəaliyyət göstərib. İşlədiyi dövr ərzində Respublikamızda güləşçilərin hazırlanmasında, onların yüksək nailiyyətlər əldə etməsində əməli və praktiki köməklik göstərib. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.
İdman və bədən tərbiyəsinə aid bir çox elmi-nəzəri-metodik vəsaitlərin müəllifi idi.
Şahanə Rəhimli
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ