Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarılıb.
Musavat.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı elan saytlarının birində məlumat yerləşdirilib.
Məlumata görə, ən ucuz yaxtanın qiyməti 600 min manatdan başlayır. Ən bahalı yaxta isə 6,2 milyon manata təklif olunur.
Ən bahalı yaxta "Chiristensen Shipyard Ltd." şirkəti tərəfindən 2001-ci ildə istehsal edilən "Daydream" adlı yaxtadır. Bu yaxta 6 250 000 manata təklif olunur. Bundan əlavə, 1,1 milyon manata "Astondoa 95", 1,25 milyon manata "Astondoa 80", 3,5 milyon manata "AB YACHT 92" və s. yaxtalar satışa çıxarılıb.
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ