Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında jurnalistlərə açıqlamasında ABŞ-la birgə “Tramp Marşrutu” adlanan strateji layihə ətrafında danışıqların davam etdiyini təsdiqləyib.
Paşinyanın sözlərinə görə, söhbət Sünik (Zəngəzur) vilayətindən keçən və ümumi uzunluğu 42 kilometr olan hissədən gedir ki, bu da Zəngəzur dəhlizinin mühüm parçasını təşkil edir.
Baş nazir bildirib ki, yaxın vaxtlarda ABŞ nümayəndə heyəti Ermənistanda səfərdə olub və marşrutun açılışı ilə bağlı texniki və siyasi detallar müzakirə edilib:
“Hazırda konkret razılaşmalar olmasa da, TRIPP layihəsi ABŞ-ın gündəmində qalır. Tərəflər yavaş addımlarla, lakin fasiləsiz şəkildə işləyirlər”, – deyə Paşinyan vurğulayıb.
“Tramp Marşrutu” layihəsi Ermənistan üçün yalnız iqtisadi deyil, həm də siyasi baxımdan ciddi əhəmiyyət daşıyır. O, bölgəni Qərb marşrutlarına birləşdirən mühüm dəhliz rolunu oynayacaq və regiondakı geosiyasi balanslara da təsir göstərə bilər.
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ