İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moskvanın, hətta Sankt-Peterburqun vurulması masadadır”

ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyanın dərinliklərinə Amerika silahları ilə zərbə endirməsinə qarşı çıxmır.

Bu barədə Trampın xüsusi nümayəndəsi Kit Kelloq deyib. O qeyd edib ki, ABŞ-ın Kiyevə “Tomahawk” tipli raketlərin verilməsi ilə bağlı qərar hələ qəbul edilməyib. “Bu məsələ ilə bağlı yekun qərar yoxdur”.

Xatırladaq ki, bundan əvvəl Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə Kiyevin uzaqmənzilli Amerika silahlarından istifadə etməsinə qoyulan məhdudiyyətlərin götürülə biləcəyini istisna etməmişdi.
Bu qərarın nəticəsində Rusiya-ABŞ münasibətləri daha da gərginləşəcəkmi? Bu raketlərin Ukraynaya verilməsi regionda güc balansına necə təsir göstərə bilər?

İranın dəstək verdiyi Husilər dünyanı təhdid edir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:

“Rusiyanın prezidentinin danışıqlardan yayınması və yalnız öz şərtləri çərçivəsində danışıqları irəli sürməsi, təbii ki, ABŞ prezidenti Donald Trampı razı salmadı. Həmçinin Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq da regionda baş verən reallıqları tamamilə Trampın diqtəsinə çatdırıb. Çünki Alyaskadakı görüşdən sonra biz gördük ki, Tramp yenə də Rusiya ilə bağlı müəyyən pozitiv mövqeyə malik idi.

Lakin Rusiyanın Polşa, Rumıniya, Danimarka və Estoniyanın hava sərhədini pozması NATO-nun təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirildi ki, bu da, təbii olaraq, Donald Trampın mövqeyinə kifayət qədər təsir etdi. Hətta inanırdılar ki, Trampın xüsusi nümayəndələrinin də dediyi kimi, proses Rusiyanın qələbəsi ilə bitməyəcək. Zelenski ilə görüşdə də Donald Tramp Ukraynanın qələbəsinə inandığını və Ukraynanın ərazi bütövlüyünün bərpa olunacağını bəyan edib.

O ki qaldı “Tomahawk” tipli raketlərin verilməsinə – əlbəttə ki, bu raketlər veriləcək. Çünki Moskvanın, hətta Sankt-Peterburqun da vurulması masadadır. Rusiyaya ciddi təzyiqlər olunmadığı müddətdə Kreml ümumiyyətlə danışıqlara getməyəcək. Ona görə də ABŞ konkret olaraq Rusiyaya hərbi güc tətbiq etməklə Putini danışıqlar masasına əyləşdirməyə çalışır. Xüsusilə Rusiya tərəfi mütləq şəkildə güzəştə getməlidir.

Digər silahlar da veriləcək. Artıq 2 milyard dollara yaxın silah partiyası ayrılıb. Bu silahlar göndərildikdən sonra ABŞ-Rusiya münasibətlərinin daha da gərginləşəcəyi gözlənilir. Çünki Rusiya tərəfi demək olar ki, bütün danışıqları manipulyasiya edir. Bunu Donald Tramp da bilir.

Bu, geosiyasi və beynəlxalq münasibətlər sistemini format edəcək bir müharibədir. Beləliklə, tərəflərin biri mütləq şəkildə məğlub olmalı, güzəştə getməlidir. Tramp çalışdı ki, bunu diplomatik yolla etsin, lakin buna nail ola bilmədi. Göründüyü kimi, yeganə yol hərbi təzyiqdir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR