İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edildi - VİDEO

Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı

Musavat.com xəbər  verir ki, Pop-MMA üzrə azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib. 

Məlumata görə, güya Cavid Rzayev rusları təhqir edib. 

Xəbərdə qeyd olunur ki, o ötən il iyul ayında baş tutan Pop-MMA turnirində rinqdə digər döyüşçüyə "rus donuzu" deyə səslənib. Bildirilir ki, hadisədən sonra Rzayev emosiyalarına hakim ola bilmədiyini bildirib və üzr istəyib.

Rusiya hakimiyyəti bu davranışı qəbulolunmaz sayaraq onu ölkədən çıxarmaq qərarı verib. Beləliklə, Cavid Rzayevin Rusiya ərazisindən deportasiyası gözlənilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR