Onlayn ictimai-siyasi qəzet
Demokratik dünyanın və demokratik düşüncəli cəmiyyətin arxasında dayanan ən vacib sahələrdən biri mətbuatdır.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda deyib.
Onun sözlərinə görə, cəmiyyət inkişaf etdikcə mətbuat da inkişaf edir.
"Mətbuat özünün ən yüksək inkişaf dövrünə Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində çatıb. Heydər Əliyevin mətbuat sahəsində ən böyük xidməti senzuranı ləğv etməsi idi. O, mətbuatı həmişə azad görmək istəyirdi. Heydər Əliyev ailə dəyərlərinə daim önəm verirdi. Bu məsələdə də mətbuata diqqətli olmağı tövsiyə edirdi. Çünki inkişafımızın təməlində ailə dayanır. Bu gün Prezident İlham Əliyev tərəfindən də məhz bu siyasət davam etdirilir", - B.Muradova vurğulayıb.
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ