Onlayn ictimai-siyasi qəzet
“Bakı Süd Co” MMC cərimələnib. Buna səbəb ölkədən çıxarılan 35 min 800 dollar məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməyib, pulu da geri qaytarmayıb.
Musavat.com xəbər verir ki, MMC 2023-cü ildə xaricə 75 min dollar pul köçürüb.
2 il keçsə də, həmin məbləğin 35 min 800 dollarına alınan malları ölkəyə idxal etməyib. Həmin məbləği geri qaytarmayıb.
Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması: Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədib.
Bu xətanı törədən vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Məhkəmənin qərarı ilə MMC 35 min 800 dolların 20% məbləğində, yəni 7100 dollar cərimə edilib.
İ.Muradov
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ