Onlayn ictimai-siyasi qəzet
Dünən gecə saatlarında metronun "İçərişəhər" stansiyasının yaxınlığında 14 yaşlı oğlan skuterlə hərəkətdə olarkən piyada qadını vurub.
Hadisə şahidinin sözlərinə görə, qadın üz nahiyəsindən xəsarət alıb, dişləri qırılıb.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünən saat 23:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "İçərişəhər" stansiyasının yaxınlığından çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 46 yaşlı (qadın cinsli) şəxsə dodağın və ağız boşluğunun səthi travması diaqnozu ilə yerində tibbi yardım göstərilib".**Oxu.Az
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ