Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Heydər Əliyev yolu və daha sonra onun siyasi xəttini davam etdirən İlham Əliyev yolundan danışıb.
Musavat.com xəbər verir ki, deputat bildirdi ki, Misirdə cənab Prezidenti əhatə edən dünya liderlərini görərkən Heydər Əliyevi xatırlayıb. "Mən dəfələrlə Ümummilli Lideri xarici səfərlərdə müşayiət etmişəm. Hər kəs onunla görüşməyə can atırdı”.
Bildirdi ki, o zaman Azərbaycan dövləti indiki kimi güclü deyildi, amma Heydər Əliyev şəxsiyyəti, böyüklüyü var idi. “Misirdəki Sammitlə Prezident Tramp dedi ki, İlham Əliyevlə düşmənçilik etməyin, onunla ancaq dost olmaq olar. Fransa prezidenti cənab Prezidentdən üzr istədi. Bu gün xoşbəxtik ki, belə bir prezidentimiz, rəhbərimiz var. Bütün dünya onunla hesablaşır. Balaca dövlət olmağımıza baxmayaraq, böyük şəxsiyyətimiz var. Allah onu qorusun”.
E.Paşasoy,
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ